Azərbaycan və Ermənistan arasında əldə olunmuş Vaşinqton razılaşmaları Cənubi Qafqazda və onun hüdudlarından kənarda hərtərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır.
BUTA.TV xəbər verir ki. bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda bildirib.
"Hesab edirik ki, Azərbaycan və Ermənistanın sülh haqqında birgə bəyannamə imzalaması tarixi əhəmiyyətə malikdir və bu regionda və onun hüdudlarından kənarda hərtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır. Cənubi Qafqazda sabitliyi təmin edəcək tamformatlı sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edirik", - Tokayev qeyd edib.
Qazaxıstan Prezidenti Bakı və İrəvanın yaxın gələcəkdə yekun sülh sazişi imzalayacağına ümidvar olduğunu bildirib.
- ADY: Bu il dəmir yolu keçidlərində 15 qəza baş verib
- Arazda batan yetiyetmənin axtarışı davam edir - Video
- “BakıKart”ın qiyməti 1 manat artır
- Bakıda 10 avtomobil toqquşdu - Video
- Belə hallar yeniyetmələri təhsildən yayındırır…
- "Bakıkart" bahalaşdı
- AAYDA-da qalmaqallı yoxlamalar: Keçmiş rəhbərliyin qanunsuzluqları...
- Bakıda taksi xidməti kəskin bahalaşdı