Davosda Prezident İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan görüş adi diplomatik təmasdan qat-qat artıq məna daşıyır. Bu görüş son illər ərzində Azərbaycanın ardıcıl şəkildə formalaşdırdığı diplomatik gücün və siyasi çəkisinin real təzahürü kimi qiymətləndirilməlidir.
BUTA.TV xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında türk ekspert Mehmet Əmir Aksoy bildirib.
Onun sözlərinə görə, qlobal sistemin yenidən formalaşdığı, ittifaqların sərtləşdiyi və lider diplomatiyasının yenidən ön plana çıxdığı bir mərhələdə Prezident İlham Əliyevin Davos kimi qlobal platformada əsas oyunçularla eyni masada yer alması təsadüfi deyil:
“Hazırkı vəziyyət kiminsə xoş niyyətinin nəticəsi deyil. Bu mövqe Qələbədən sonrakı dövrdə yürüdülən səbirli, nəticəyönümlü və strateji xarici siyasətin məntiqi yekunudur”.
Mehmet Emir Aksoy vurğulayıb ki, Prezident İlham Əliyevin Davosdakı təmasları Azərbaycanın artıq yalnız regional aktor deyil, çoxmillətli diplomatik liqada oyun qura bilən dövlətə çevrildiyini göstərir:
“Azərbaycan bu mərhələyə mərhələ-mərhələ, öz siyasi iradəsi və strateji qərarları ilə gəlib”.
- Trampdan Netanyahuya sərt xəbərdarlıq - “Tezliklə tək qalacaqsan”
- Eldar Əzizovun oğlu yüksək vəzifəyə təyin olundu
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq