Həyatını itirən 168 qızı unutmadılar... - Foto

08:04 - 9 İyun 2026 - GÜNDƏM

 Həyatını itirən 168 qızı unutmadılar... - Foto

2026-cı il Dünya Çempionatında iştirak edəcək İran milli komandası hazırlıq prosesini davam etdirmək üçün Meksikaya yollanıb.

BUTA.TV” xəbər verir ki, komanda hava limanında media nümayəndələri tərəfindən qarşılanarkən futbolçuların yaxalarında daşıdıqları “168” rəqəmli nişanlar diqqətdən yayınmayıb.

Bu rəqəm ABŞ-nin İranda qız məktəbini vurması zamanı həlak olan 168 məktəbli qızın xatirəsinə həsr olunub.

Futbolçuların daşıdığı nişanlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çox istifadəçi bunu həyatını itirənlərin xatirəsinə ehtiram jesti kimi qiymətləndirib.

Qeyd edək ki, İran millisi 2026-cı il DÇ öncəsi hazırlıq proqramı çərçivəsində Meksikada bir sıra məşqlər və yoxlama oyunları keçirəcək.







Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol