Əfqan Sadıqov həbs edildi

09:27 - 9 İyun 2026 - GÜNDƏM

 Əfqan Sadıqov həbs edildi

Hədə-qorxu ilə tələb etmədə ittiham olunan Əfqan Sadıqov həbs edilib.

BUTA.TV xəbər verir ki, bu barədə APA-ya vəkil Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən, Əfqan Sadıqov barəsində iyulun 30-dək həbs qətimkan tədbiri seçilib.

Vəkilin sözlərinə görə, Əfqan Sadıqova Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Tiflis Şəhər Məhkəməsi Əfqan Sadıqovun sosial şəbəkədə polis əməkdaşını təhqir etdiyinə görə 2000 lari məbləğində cərimə edilməsi, Gürcüstandan deportasiya olunması və 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib. Əfqan Sadıqov aprelin 5-də Gürcüstandan Azərbaycana deport edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol