ADU ilk dəfə RUR beynəlxalq reytinqində yer aldı

13:39 - 9 İyun 2026 - GÜNDƏM

 ADU ilk dəfə RUR beynəlxalq reytinqində yer aldı

Azərbaycan Dillər Universiteti ilk dəfə dünyanın nüfuzlu universitet reytinqlərindən biri olan Round University Ranking (RUR) beynəlxalq reytinqində iştirak edərək, uğurlu nəticə əldə edib.

BUTA.TV xəbər verir ki, bu barədə ADU məlumat yayıb.

“ADU RUR-2026 reytinqində dünya üzrə 964-cü, ölkə üzrə isə 5-ci yeri tutub.

RUR (Round University Ranking) universitetlərin fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Bu reytinq universitetləri tədris, tədqiqat, beynəlxalq müxtəliflik və maliyyə dayanıqlılığı göstəriciləri əsasında qiymətləndirir.

ADU tədris sahəsi üzrə ölkə üzrə 2-ci, tədqiqat sahəsi üzrə 11-ci, beynəlxalq müxtəliflik üzrə 5-ci, maliyyə dayanıqlığı sahəsi üzrə 7-ci yerdə qərarlaşıb.

Əldə olunan nəticə Azərbaycan Dillər Universitetinin qlobal akademik məkanda mövqeyinin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və keyfiyyətli təhsil mühitinin inkişafı istiqamətində həyata keçirilən ardıcıl fəaliyyətin mühüm göstəricisidir.

ADU gələcək illərdə də beynəlxalq reytinqlərdə iştirakını genişləndirməyi və göstəricilərini daha da yaxşılaşdırmağı hədəfləyir”, - məlumatda qeyd edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol