Azadlıq prospektində qəribə hadisə - Maşının üzərində uzandı-Video-Yenilənib

13:34 - 9 İyun 2026 - GÜNDƏM

 Azadlıq prospektində qəribə hadisə - Maşının üzərində uzandı-Video-Yenilənib

Paytaxtın mərkəzində qəribə hadisə baş verib.

BUTA.TV”nun məlumatına görə, Nəsimi rayonu ərazisində - Azadlıq prospektinin Məmməd Araz küçəsi ilə kəsişməsinin yaxınlığında piyada qadın hərəkətdə olan “BYD” markalı avtomobilin üzərinə uzanıb.

Nəqliyyatın intensiv hərəkət etdiyi vaxt piyadanın törətdiyi əməl narazılığa səbəb olub və sıxlıq yaranıb.

Onun hansı səbəbdən maşının üzərində uzanaraq hərəkətə maneə törətdiyi məlum deyil.

Əldə etdiyimiz məlumata görə, görüntülərlə bağlı polis tərəfindən araşdırma aparılır.

***

Paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.

“Araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb. Onun sağlamlıq vəziyyəti nəzarə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür”, - məlumatda bildirilib.

Görüntüləri təqdim edirik:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol