İrandan Azərbaycana 32 kq-dan artıq narkotikin gətirilməsi planı ifşa edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 32 kiloqram 365 qram narkotik vasitə (27 kiloqram 65 qram marixuana, 5 kiloqram 300 qram heroin) və 7 200 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İrandan ölkəmizə keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Belə hallar yeniyetmələri təhsildən yayındırır…
- "Bakıkart" bahalaşdı
- AAYDA-da qalmaqallı yoxlamalar: Keçmiş rəhbərliyin qanunsuzluqları...
- Bakıda taksi xidməti kəskin bahalaşdı
- Emin Xəzərin Dağıstan sahillərində otel tikmək istəyir
- Eks-məmur kommunal pulunu ödəmədi - Dava düşdü
- İrandan 32 kq narkotik keçirilməsinin qarşısı alındı - Foto
- Qaraşova sui-qəsd hazırlayan şəxs barəsində qərar