Eks-məmur kommunal pulunu ödəmədi - Dava düşdü-Yenilənib

14:11 - 9 İyun 2026 - GÜNDƏM

 Eks-məmur kommunal pulunu ödəmədi - Dava düşdü-Yenilənib

15 il Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini işləmiş Təranə Quliyeva qaldığı binada qalmaqallı hadisə yaşayıb. 

BUTA.TV”nun əldə etdiyi məlumata, siyasətçi yaşadığı mənzilin kommunal xərclərini ödəmək istəmədiyi üçün komendantla dalaşıb.

Həmin binanın komendantı da xanım olub. O, T.Quliyevadan kommunal xərcləri ödəməsini istəyərkən keçmiş məmur onunla dava edib, yüksək səslə davam edən sözlü mübahisənin əlbəyaxaya keçməsinin qarşısı alınıb.

Komendantın şikayətindən sonra T.Quliyeva aidiyyəti üzə polis idarəsinə çağırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Baş nazirin eks-müavini sonradan sərbəst buraxılıb.

Xəbəri rus dilində oxuyun: Экс-замминистра устроила скандал из-за "коммуналки"

Təranə Quliyeva bu məlumatla bağlı saytımızla əlaqə saxlayıb. Onun sözlərinə görə, 15 ildir sözügedən binada yaşayır, kommunal pulunu da həmişə vaxtı-vaxtında ödəyir:

“Komendant nəyə görəsə mənim barəmdə belə izahat verib. Mən kommunal ödəməkdən yayınmamışam. Bütün qonşular və əvvəlki komendant da bunu təsdiq edə bilər. Hansı ki, əvvəki komendant iki ay əvvəl işdən çıxıb”,-deyə T.Quliyeva əlavə edib.

Qeyd edək ki, 51 yaşlı siyasətçi 2000-2015-ci illərdə Naxçıvan MR-nın Baş nazirinin müavini işləyib. O, tanınmış musiqiçi, Naxçıvanın əməkdar incəsənət xadimi Arif Quliyevin qızıdır.

Sail Ağasəlim


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol