AAYDA-da qalmaqallı yoxlamalar: Keçmiş rəhbərliyin qanunsuzluqları...

15:00 - 9 İyun 2026 - GÜNDƏM

 AAYDA-da qalmaqallı yoxlamalar: Keçmiş rəhbərliyin qanunsuzluqları...

Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri vəzifəsindən kənarlaşdırıldıqdan sonra qurumda genişmiqyaslı yoxlamalar davam etdirilir.

BUTA.TV Bakıvaxtı.az-a istinadla xəbər verir ki, aparılan araşdırmalar zamanı bir sıra qanun pozuntularının aşkar edildiyi bildirilir.

Hazırda Saleh Məmmədovun rəhbərliyi dövründə müqavilə əsasında fəaliyyət göstərən asfalt zavodlarında da maliyyə yoxlamaları həyata keçirilir.

Məlumata əsasən, yoxlamaların gedişi və yekun nəticələri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yolların Mühafizə Xidmətində aparılan yoxlamalar nəticəsində cinayət işi başlanılıb, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol