Dünən qəfil vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bu gün dəfn edilib.
“BUTA.TV” xəbər verir ki, dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun dostları və yaxınları iştirak edib.
Həmçinin məlum olub ki, hadisə ötən gün İsmayıllının Basqal qəsəbəsində baş verib. İyunun 8-i saat 12 radələrində Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Ruslan Gəray oğlu Quliyev qəsəbə ərazisində olarkən səhhəti qəfil pisləşib. O, xəstəxanaya çatdırılsa da, vəfat edib.
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar
- "Azercell" bununla bağlı beynəlxalq sertifikasiyasını yenilədi
- Azərbaycan sərhədlərarası ani ödənişlərə hazırlıq görür
- Bu, köçkün ailələrin qayıdışına ciddi maneə törədir...
- Bakının məşhur gecə klubunun qarşısında dava: İki mühafizəçi...
- Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı
- “Bakı Bus” milyonları hara xərcləyir?