Mayın 28-də İrəvanda keçirilən hərbi paradda nümayiş etdirilən Rusiyanın “Tor-M2KM” zenit-raket sistemləri Ermənistan tərəfindən nisbətən bu yaxınlarda alınıb.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan deyib.
"Parad zamanı bu yaxınlarda aldığımız Rusiyanın “Tor” raketlərini gördünüz", – Asryan bildirib.
Qeyd edək ki, mayın 28-də İrəvanda keçirilən hərbi paradda Ermənistan, Rusiya, Fransa, Hindistan, Çin, İran və Belçika istehsalı olan hərbi texnika və silahlar nümayiş etdirilmişdi.
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi
- Ceyhun Salmanov hakim qarşısına çıxarılır
- Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar
- "Azercell" bununla bağlı beynəlxalq sertifikasiyasını yenilədi
- Azərbaycan sərhədlərarası ani ödənişlərə hazırlıq görür
- Bu, köçkün ailələrin qayıdışına ciddi maneə törədir...