İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin rəsmi vida və dəfn mərasiminin vaxtı dəqiqləşib.
“BUTA.TV” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Rəsmi bəyanatda bildirilib ki, sabiq dini liderin dəfni ilə bağlı həm yerli, həm də xarici mediada indiyə qədər yayılmış bir çox iddialar və tarix fərziyyələri həqiqəti əks etdirmir. Belə ki, daha əvvəl hakimiyyət orqanları tərəfindən üçgünlük dövlət vida mərasiminin keçiriləcəyi elan olunsa da, regional təhlükəsizlik və gərginlik səbəbindən dəqiq tarixlər dəfələrlə təxirə salınmışdı.
Son qərara əsasən, Xamenei ilə vida və dəfn mərasimi iyunun 26-dan – Məhərrəm ayının ilk ongünlüyü (Aşura günləri) başa çatdıqdan sonra təşkil olunacaq. Mərasimin tam təqvimi və detalları barədə yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat veriləcəyi qeyd olunub. Sabiq Ali Rəhbər öz vəsiyyətinə uyğun olaraq, Məşhəd şəhərində yerləşən İmam Rza türbəsində torpağa tapşırılacaq.
Xatırladaq ki, Ayətullah Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrail Müdafiə Qüvvələrinin (IDF) Tehrana endirdiyi birgə hava zərbələri zamanı yaxın ailə üzvləri ilə birlikdə həlak olub.
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı
- İlham Əliyev iki fərman imzaladı
- Abel Məhərrəmova vəzifə verildi
- Bu rayonlarda qaz olmayacaq
- Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı
- Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
- Bakı səmasında qəribə görüntü - Video