Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı

19:33 - 9 İyun 2026 - GÜNDƏM

 Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı

ABŞ ilə İsrailin fevralın 28-də İrana hücumundan sonra başlayan müharibəyə görə, Niderlandın İslam Respublikasında səfirliyi Azərbaycanda fəaliyyət göstərirdi və artıq Tehrandakı işini bərpa edib.

BUTA.TV xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyi X sosial şəbəkə hesabında məlumat yayıb.

"Müvəqqəti olaraq Azərbaycandan fəaliyyət göstərdikdən sonra Niderland Krallığının İrandakı Səfirliyi 7 iyun 2026-cı il tarixindən etibarən Tehranda fəaliyyətini bərpa edib", - məlumatda bildirilib.

Paylaşımda dəstəyə görə Azərbaycana təşəkkür də yer alıb.

Xatlırladaq ki, martın 10-da Niderlandın İrandakı diplomatik missiyasının rəhbəri Emil De Bont Tehrandakı səfirliyin müvəqqəti olaraq Azərbaycanda fəaliyyət göstərəcəyini açıqlayıb. Niderland Krallığının Azərbaycandakı səfiri Marian de Yonq isə aprelin 29-da Tehrandakı səfirliyin fəaliyyətini Bakıda davam etdirdiyini bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol