Bu rayonlarda qaz olmayacaq

19:42 - 9 İyun 2026 - GÜNDƏM

 Bu rayonlarda qaz olmayacaq

Sabah Goranboy və Masallı rayonlarının bəzi kəndlərində qaz olmayacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 10-da saat 10:00-dan işlər yekunlaşanadək Goranboy rayonunun Hazırəhmədli, Bəşirli, Göynüyən və Qarasuçu kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

​Bundan başqa, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Bambaşı kəndinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol