Sosial şəbəkələrdə Saray qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə müəllimin şagirdə qarşı fiziki zorakılıq göstərməsini əks etdirən videogörüntülər yayılıb.
“BUTA.TV” xəbər verir ki, zərərçəkən şagirdin valideyni hadisənin idman dərsi zamanı fiziki tərbiyə müəllimi tərəfindən törədildiyini iddia edir.
Zərərçəkən şagird C. M hadisə barədə danışarkən bildirib ki, futbol oynayarkən qarşı komandaya qalib gəliblər. Bu zaman rəqib komandadan bir uşaq ağlamağa başlayıb.
C.M sözlərinə görə, yanındakı dostu həmin uşağa “ağla” dediyi üçün aralarında mübahisə düşüb və qarşı tərəf söyüş söyüb.
Daha sonra yaxınlaşan müəllim söyüşü kimin söydüyünü soruşduqda günahı onun üstünə atıblar.
Şagird qeyd edib ki, su içməyə gedəndə müəllim onun başına vurub və suyu bağlayıb:
“Sonra qapının ağzında dayananda mənə şillə vurdu. Qaçmaq istəyəndə isə yenə 2 şillə vurdu. Gedib dostlarımın arxasında gizləndim. Gəlib onları da itələdi. Mənə “paltarlarını dəyişib get. Evdə kiməsə nəsə desən, qiymətlərini aşağı salacağam” dedi”.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilən açıqlamada bildirilib ki, ilkin araşdırma zamanı müəllim tərəfindən “Təhsilverənlərin etik davranış Qaydaları”nın pozulduğu müəyyən edilib:
“Bu səbəbdən onun barəsində intizam tənbehi tədbiri görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Bildiririk ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri tədbirlər görülür”.
Məlumata görə, polis bölməsində insidentdə adı hallanan müəllimin, həmçinin valideynlərin iştirakı ilə şagirdin izahatı alınıb. Şagirdin aldığı xəsarətin dərəcəsini müəyyənləşdirmək məqsədilə ekspertiza təyin olunub.
Araşdırmalar davam etdirilir.
Daha ətraflı “Baku TV”nin süjetində:
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?