Fevralın 23-nə olan məlumata əsasən Böyük Qafqazın bəzi ərazilərində arabir qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a bildirilib ki, qar Qax rayonunda intensiv olub.
Qar örtüyünün hündürlüyü: Qaxda 62 sm, Ordubadda 24 sm, Şahdağda 8 sm, Lerikdə 7 sm, Xaltanda 4 sm, Qusar, Qubada 1 sm olub.
Düşən yağıntının miqdarı: Qaxda 30.0 mm, Şahdağda 3.0 mm, Qubada 4.0 mm, Qəbələ, Zaqatala, Şəkidə 1.0 mm-dək olub.
Külək: Fevralın 22-də şimal-qərb küləyi arabir İsmayıllıda 26 m/s, Qobustan, Şamaxıda 22 m/s, Şəki, Qəbələdə 20 m/s, Oğuz, Kəlvəz, Qubada 19 m/s, Göyçay, Gədəbəy, Naftalan, Şabran, Qusarda 18 m/s, Qrız, Altıağac, Mingəçevir, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə arabir 26 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.
Gün ərzində yağıntı ölkənin digər ərazilərini əhatə edəcək, axşam əksər rayonlarda sulu qar, dağlıq və dağətəyi rayonlarda intensiv qar yağacaq. 24-də axşama doğru yağıntı kəsəcək. 23-də və 24-ü gündüzədək şimal küləyi güclü olacaq
- Qarabağ Universitetinə 17 milyon pul ayrılıb
- Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
- Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
- Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
- Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
- “Prius” maneəyə çırpıldı: ölən var
- Bakıda şadlıq sarayının qarşısında kütləvi dava - Foto
- Evdə tək yaşayan 91 yaşlı qadın yanaraq öldü