Məni öldürmək üçün xüsusi əməliyyatın son mərhələsindəyik. Və bu işdə hamı iştirak edir, “parlamentarilər”, “jurnalistlər”, indi isə klinika. Mən Gürcüstanı və dünyanı bu cinayətkar korporasiyanın öz bəd niyyətlərini həyata keçirməsinə imkan verməməyə çağırıram.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Feysbuk səhifəsində yazıb.
Saakaşvili bildirib ki, “Vivamed”in həkimləri onun əsas xəstəliklərini müalicə etməkdən imtina ediblər:
“Vivamed” klinikasının həkimlərinin mətbuat konfransında yeganə həqiqət o idi ki, mənim vəziyyətim çətinləşib və sürətlə pisləşir. Klinika da praktiki olaraq heç nə edə bilməz. Qalan hər şey yalan idi. Bu klinika mənim əsas xəstəliklərimi müalicə etməkdən imtina etdi. Xüsusilə, ağır metallarla zəhərlənmə, anoreksiya və kaxeksiyanı müalicəsini. Heç kim mənim kimi yaşamaq istəmir! Mən Ukraynanın qələbəsini gözləmək istəyirəm, hansı ki, bütün putinistlərin sonu yaxındır. İndi isə oliqarx itinə üz tuturam: Gürcüstandan bir milyon çıxarmamışam, Gürcüstandan bir dənə tetri də götürməmişəm, hardasa bu qədər pulum olsaydı, vəkillər üçün son torpaq sahəmi satmazdım. Bir məqam var ki, bütün bu ittihamlar Mariya Zaxarovanın bəyanatının kontekstinə uyğun gəlir”.
- Qarabağ Universitetinə 17 milyon pul ayrılıb
- Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
- Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
- Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
- Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
- “Prius” maneəyə çırpıldı: ölən var
- Bakıda şadlıq sarayının qarşısında kütləvi dava - Foto
- Evdə tək yaşayan 91 yaşlı qadın yanaraq öldü