Xocalı soyqırımı Azərbaycanın müstəqilliyə atdığı ilk addımlar zamanı baş verib.
BUTA.TV xəbər verir ki, bunu bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O qeyd edib ki, qəddarlığına və miqyasına görə bu, misli görülməmiş bir faciə, soyqırımı cinayətidir:
“Beynəlxalq səviyyədə soyqırımı cinayəti kimi tanınması üçün bu gün Azərbaycan dövləti müvafiq addımlar atmağa davam edir. Bu addımlar hələ də yetərli deyil. Biz soyqırım cinayəti törədən dövlətə, şəxslərə qarşı sanksiya tətbiq edə bilməmişik. Cinayət Ermənistan hərbi birləşmələri, eyni zamanda, Rusiya Federasiyanın 366-cı motoalayının iştirakı ilə baş verib”.
- Bakıda bu parkın ərazisi dağıdıldı - Video
- 15 yaşlı uşağın 6 min qumar borcu var… - Kəmərli
- Bu il 70 uşaq övladlığa verilib
- Eynulla Fətullayevin yerinə o, rəhbər təyin edildi
- Babayevdən strateji valyuta ehtiyatları ilə bağlı açıqlama
- Ötən il Formula-1 üçün nə qədər vəsait ayrılıb?
- Qadın küçədə maşının üzərinə uzandı, hərəkət iflic oldu - Video
- Ermənistana 12 vaqon gübrə və 6 vaqon antrasit göndərildi