Bakının Nərimanov rayonu ərazisində qəzalı vəziyyətdə olan binadan insanların köçürülməsinə başlanılıb.
BUTA.TV Bakı.vs-yə istinadən xəbər verir ki, söhbət Mayakovski küçəsi 15 ünvanında yerləşən binadan gedir.
Belə ki, sakinlərə söküləcək mənzilləri müqabilində kompensasiyalar təklif olunub. Sakinlərə verilən kompensasiya məbləği 2 min AZN-dir.
Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, Nərimanov rayonu, Mayakovski küçəsi 15 ünvanında yerləşən yataqxana tipli yaşayış binası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlukəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun müvafiq aktına əsasən qəzalı vəziyyətdədir.
"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sözügedən yaşayış binasının sakinlərinin köçürülməsi üçün vəsait ayrılıb. Köçürülməsi nəzərdə tutulan sakinlərin mənzillərinin hər kv.m sahəsinə görə 2000 AZN məbləğində birdəfəlik maddi yardım ödənilməsi nəzərdə tutulub", - deyə qurumdan əlavə edilib.
- Qarabağ Universitetinə 17 milyon pul ayrılıb
- Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
- Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
- Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
- Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
- “Prius” maneəyə çırpıldı: ölən var
- Bakıda şadlıq sarayının qarşısında kütləvi dava - Foto
- Evdə tək yaşayan 91 yaşlı qadın yanaraq öldü