Bir neçə gün əvvəl Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun müalicəsi başa çatıb. O, 3 aylıq müalicədən sonra həbsxanaya geri qaytarılıb.
BUTA.TV xəbər verir ki, Unikal.az Əhməd Əhmədovun xəstəxanadan çıxarıldığı anda çəkilən fotosunu əldə edib. Fotoda onun xeyli çəki itirdiyi görünür.
Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs edilib.
Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Ali Məhkəmə ötən ay Əhməd Əhmədovun kassasiya şikayəti müddətinin uzadılması ilə bağlı müraciətini təmin etməyib.
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı