Türkiyənin Estoniyadakı səfirliyi paytaxt Tallində fəaliyyət göstərən Estoniya Azərbaycan Evinin rəhbərliyinə təşəkkürünü bildirib.
Bu barədə BUTA.TV-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Türkiyə səfiri Başak Türkoğlunun adından Estoniya Azərbaycan Evinin rəhbəri Niyazi Hacıyevə ünvanlanan məktubda bildirilib:
Türkiyədə 6 fevral tarixindən etibarən meydana gələn dağıdıcı zəlzələlərdən zərərçəkənlərə eyni yardımların toplanması məqsədilə bizə Azərbaycan Evinin qapılarını açdığınız üçün minnətdarıq.
Bu faciəvi fəlakətin ardından dərhal yardım əlini uzadan Estoniyadakı azərbaycanlı can qardaşlarımıza təşəkkürlərimizi bildiririk.
Son 3 həftə ərzində yardım kampaniyası ilə əlaqədar olaraq istəmədən yaratdığımız narahatlığa görə üzr istəyirik. Türk və Azərbaycan xalqlarının başına bir daha belə bəlaların gəlməyəcəyinə ümid edirik”.
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı