Bu gün İranın paytaxtı Tehranda üçmərtəbəli binada partlayış olub.
BUTA.TV xəbər verir ki, bu barədə İranın Yanğınsöndürmə Təşkilatının sözçüsü Cəlal Məliki məlumat verib.
O bildirib ki, partlayış zamanı 4 nəfər ölüb:
“Ölənlərdən 3-ü kişi və biri isə qadın olub. Binada axtarış əməliyyatları davam etdirilir”.
Məliki əlavə edib ki, indiyədək binadan müxtəlif yanıq xəsarətləri ilə 5 qadın çıxarılıb:
“Partlayışa səbəb partlayıcı maddələrin saxlanması olub. Bəzi şəxslər Axır Çərşənbə ilə əlaqədar kustar üsulla pirotexniki vasitələr hazırlayırlar. Bu isə partlayışların baş verməsi ilə nəticələnir”.
- ABŞ İrana qarşı hücumlara başladığını elan etdi
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu