Rusiyada belə bir mövqe mövcuddur ki, yüz il əvvəl baş vermiş hadisələrin Qafqaz regionunda yenidən təkrarlanması istisna deyil. Azərbaycan və Ermənistan üçün “Yoldaş Frunze” ssenarisi təkrarlana bilər.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, bunu rusiyalı siyasi analitik Andrey Nikulin “Nver Mnatsakanyanla bir gün” proqramında qeyd edib.
O bildirib ki, Rusiyanın regiona qayıdaraq respublikaları özünə tabe etməsi variantı tamamilə mümkündür. Onun iddiasına görə, ermənilər üçün İrandakı hadisələr vacibdir, Azərbaycan isə Rusiya ilə qarşıdurmanın növbəti mərhələsinin uzaqda olmadığını anlayır.
Verilişdə Andrey Nikulin vurğulayıb ki, Rusiya və Azərbaycan rəhbərlikləri arasında barışıq əldə olunmayıb, tərəflər məcburən qarşıdurmanı gələcəyə “təxirə salıblar”.
Qeyd edək ki, rusiyalı şərhçi "Yoldaş Frunze" ssenarisi deyərkən, Cənubi Qafqazın hərbi yolla Rusiyanın nəzarətinə qaytarılmasını nəzərdə tutur.
- BBC-nin Azərbaycandakı fəaliyyəti qeyri-qanunidir
- Türkiyə nümayəndələri İrəvanda
- Zəngəzurun açılmasını həyəcanla gözləyirəm - Ərdoğan
- Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü
- TRİPP xətti üzrə bağlantıların yaradılması üçün... - Əliyev
- Bilal Ərdoğan Bakıda
- Ukraynadan daha 12 uşaq Azərbaycana gətirildi
- “KQB” şinelindən çıxan müxalifətin casusluq macəraları...