Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən BUTA.TV-a verilən məlumata görə, paytaxt ərazisində keçirilən növbəti əməliyyat zamanı 26 yaşlı Nicat Həsənov saxlanılıb.
Həmin şəxsdən 51 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2000 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb.
Araşdırmalarla müəyyən olunub ki, N.Həsənov xarici narkotacirlərin tapşırıqları əsasında ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edib.
Faktla bağlı cinayət işi başlanılıb. N.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
- Xaçınçaydan sel keçdi: yola və qaz xəttinə ziyan dəydi
- Ağdərə sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirildi
- Şair şərhçilik etsə, futbolçu “Allah” olar…
- İmtahanda maksimum nəticə göstərən şagirdlərin adları
- “Nasaz maşını niyə sürürsən axı?!” - Qızı qəzada ölən vəkil danışdı+Video
- 12 nəfər imtahandan xaric olundu - DİM
- Qızını qəzada itirən tanınmış vəkil valideynlərə çağırış etdi
- Bu qruplar üzrə qəbul imtahanının nəticəsi elan edildi