Türkiyə pop musiqinin məhşur ulduzu Yonca Evcimik kariyerası boyunca əxlaqsız təkliflər aldığını açıqlayıb.
Yonca Evcimik bu barədə qatılığı televiziya proqramında danışıb.
Yonca Evcimik teleaparıcının suallarını cavablandırarkən deyib: "Bu yerlərə gəlməyim heç də asan olmayıb. Heç kim "ona mən kömək etdim, dəstək oldum" deyə bilməz. İnsanların mənə bu cür təklifləri də oldu, amma mən qəbul etmədim. Hər şeyi özüm etmək istədim. Əxlaqsız təkliflər aldım, bəzən yenə alıram, amma ailəmdən və mənliyimdən heç vaxt kənarlaşmadım, bu cür əxlaqsız təklifləri qəbul etmədim və etmərəm də. Ona görə də bu qədər rahatam. Təklifləri qəbul etmədiyim üçün məni əngəllənməyə çalışdılar. Atalarımızın yaxşı məsələi var: meyvə verən ağac daşlanar. Bu cür hallar dünyada da olur, hər sahədə var. Vicdanın əl verirsə, asan yoldan daha tez irəliləyə bilərsən. Mənim isə əsla belə bir düşüncəm olmadı".
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik
- Anar Əsədlinin ev dustaqlığına buraxılması istənildi - Qərar