Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan İrəvana neft məhsullarının tədarükünü alqışlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Azərbaycan neft məhsullarını daşıyan qatar yola düşüb və Ermənistana doğru gəlir. Mən bunu alqışlayıram. Ticarət özəl şirkətlər arasında aparılır, lakin bunun üçün siyasi şəraiti yaradan Ermənistanla Azərbaycan arasında yaranmış sülhdür”, - o bildirib.
Qeyd edək ki, bu gün SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər