2029-cu ilə qədər Azərbaycanda rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayının 300-ə çatdırılması planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"da öz əksini tapıb.
Sənədə əsasən, rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı 2026-cı ildə 50, 2027-ci ildə 100, 2028-ci ildə isə 180 olmalıdır.
Bundan başqa, rəqəmsal transformasiyadan keçmiş müəssisələrdə EBİTDA 2026-cı ildə 7 milyon manat, 2027-ci ildə 17 milyon manat, 2028-ci ildə 33 milyon manat, 2029-cu ildə isə 58 milyon manat təşkil etməlidir.
- Bakıda 10 avtomobil toqquşdu - Video
- Belə hallar yeniyetmələri təhsildən yayındırır…
- "Bakıkart" bahalaşdı
- AAYDA-da qalmaqallı yoxlamalar: Keçmiş rəhbərliyin qanunsuzluqları...
- Bakıda taksi xidməti kəskin bahalaşdı
- Emin Xəzərin Dağıstan sahillərində otel tikmək istəyir
- Eks-məmur kommunal pulunu ödəmədi - Dava düşdü
- İrandan 32 kq narkotik keçirilməsinin qarşısı alındı - Foto