Azərbaycanda Aİ-92 və dizel qiymətlərini hökumət müəyyənləşdirir, ona görə də iqtisadçılar bu haqda proqnoz verə bilmirlər.
BUTA.TV xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli benzin və dizelin bahalaşacağı haqda bəzi iddialara cavab olaraq qeyd edib.
O xatırladıb ki, Azərbaycanda ən son 2024-cü ilin 30 iyun tarixində Aİ-92 10 qəpik, dizel isə 20 qəpik artıb:
“Rəsmi açıqlamada dedilər ki, dünyada neft bahalaşıb, ona görə bu addımı atıblar – 2024-cü ilin iyun ayının 30-da “Brent” markalı neftin barreli 86 dollar idi. Bu gün “Brent” markalı neft 63 dollardır, deməli, məntiqi ardıcıllıqla indi qiymət ucuzlaşmalı idi. Gələn il isə neft qiyməti daha aşağı olacaq, 2026-cı ilin ortalama qiymət dəhlizinin 55-65 dollar arası olması gözlənilir. Deməli, hökumət benzin-dizelin qiymətini artırmamalı, hətta bir az ucuzlaşdırmalıdır”.
Buna baxmayaraq, ekspert Azərbaycanda qiymətin dünya bazarlarından asılı olmadığını bir daha vurğulayıb və qiymətin artıb-azalmasının bilinmədiyini qeyd edib.
- Baş nazirdən DTX ilə bağlı qərar
- "Azercell" bununla bağlı beynəlxalq sertifikasiyasını yenilədi
- Azərbaycan sərhədlərarası ani ödənişlərə hazırlıq görür
- Bu, köçkün ailələrin qayıdışına ciddi maneə törədir...
- Bakının məşhur gecə klubunun qarşısında dava: İki mühafizəçi...
- Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı
- “Bakı Bus” milyonları hara xərcləyir?
- Naxçıvanın baş naziri yeni qərar imzaladı