Ukrayna rəsmiləri ilə ABŞ arasında aparılan danışıqlardan sonra sülh planı daha yaxşı görünür. Ərazi məsələsi ən çətin məsələ olaraq qalır.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında bildirib.
“Ərazi məsələsi pul və yenidənqurma kimi ən çətin məsələdir - avropalı tərəfdaşların iştirakı olmadan razılığa gəlmək çətindir. Təhlükəsizlik zəmanəti məsələsi isə - ABŞ və Avropadan konkret detallar vacibdir. Biz burada çox diqqətli olmalıyıq, lakin plan daha yaxşı görünür”, - Zelenski qeyd edib.
O əlavə edib ki, ABŞ-la danışıqlar zamanı ərazi məsələsi 6,5 saat yalnız ayrı-ayrı məqamlar üzrə müzakirə olunub.
Zelenskinin sözlərinə görə, ABŞ-la danışıqlar davam edir; Vaşinqton öz mövqeyini Ukrayna rəsmiləri ilə artıq bölüşüb və indi də eyni mövzunu Moskva ilə müzakirə etmək istəyir.
- Rövşən Rzayev vətəndaşlarla görüşdü
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi
- Ceyhun Salmanov hakim qarşısına çıxarılır
- Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar
- "Azercell" bununla bağlı beynəlxalq sertifikasiyasını yenilədi
- Azərbaycan sərhədlərarası ani ödənişlərə hazırlıq görür