Ermənistan ATƏT-in Minsk qrupunun sülh sazişinin imzalanmasından sonra ləğv edilməsini istəyirdi.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan deyib.
“ATƏT-in Minsk qrupunun ləğvinə qədər baş verən proseslər, xüsusilə avqustun 8-də sülh sazişinin paraflanmasından sonra baş verənlər diqqət çəkir. İrəvan bundan öncə bəyan etmişdi ki, sülh sazişi imzalanmayana qədər qrupun ləğv edilməsinin tərəfdarı deyil. İrəvan bu sənədi sülh sazişi ilə eyni anda imzalamağa hazır idi”, - ekspert bildirib.
Badalyan vurğulayıb ki, Azərbaycan Minsk qrupunun sülh sazişi imzalanana qədər ləğvinin tərəfdarı olub, Ermənistandan da bunu tələb edib. Başqa sözlə, Ermənistan Azərbaycanın tələbini qəbul etməyə məcbur olub.
Xatırladaq ki, ATƏT noyabrın 30-da Minsk qrupu və ona aid strukturların bağlanması prosesini başa çatdırıb. Bu, Ermənistan və Azərbaycanın ATƏT-ə sədrliyinə birgə müraciəti əsasında qəbul edilən Nazirlər Şurasının qərarına əsasən edilib.
- “Azərlotereya” və "Liv Bona Dea" maarifləndirici görüş keçirdi
- EPIC-dən əmək qanunvericiliyi islahatlarına dair məlumat...
- Rövşən Rzayev vətəndaşlarla görüşdü
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi
- Ceyhun Salmanov hakim qarşısına çıxarılır
- Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar