Azərbaycanda yeni müvainətin verilməsinə başlanılacaq. Belə ki, “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, bir sıra hallarda vətəndaşlara yeni birdəfəlik müavinətin verilməsi nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov öz sosial media hesabında yazıb.
“Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun varislərinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.
2024-cü ilin yekunlarına əsasən, dövlət qulluqçularının sayı 27,4 min nəfərdir və onların orta aylıq nominal məvacibi təxminən iki min manatdır. Bu o deməkdir, yeni müavinətin məbləği orta hesabla 8 min manat olacaq. Bu müavinətin təyinatında məqsəd vətəndaşlarımızın sosial təmminatını daha da gücləndirmək və dövlət qulluqçularının ailələri üçün sosial müdafiə imkanlarını genişləndirməkdir”, - millət vəkili qeyd edib.
- Naxçıvanın baş naziri yeni qərar imzaladı
- 14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı
- ADY: Bu il dəmir yolu keçidlərində 15 qəza baş verib
- Arazda batan yetiyetmənin axtarışı davam edir - Video
- “BakıKart”ın qiyməti 1 manat artır
- Bakıda 10 avtomobil toqquşdu - Video
- Belə hallar yeniyetmələri təhsildən yayındırır…
- "Bakıkart" bahalaşdı