Moskva Ermənistanın ATƏT-in Minsk qrupu həmsədrlərinin materiallarını və liderlərin yazışmalarını əvvəlcədən razılıq olmadan açıqlamasından narazıdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu paylaşımlar İrəvanın irəli sürməyə çalışdığı narrativi sarsıdır və Rusiyanın otuz ildir münaqişənin həlli üçün ardıcıl səylər göstərdiyini təsdiqləyir”, - o bildirib.
Qeyd edək ki, İrəvan Azərbaycanla danışıqlar prosesini əhatə edən 13 arxiv sənədindən ibarət bloku: Minsk qrupu formatında həll variantlarından tutmuş Ermənistanın keçmiş rəhbəri Serj Sərkisyanla Rusiya Prezidenti Vladimir Putin arasındakı yazışmalara qədər hamısını yayımlayıb.
- Naxçıvanın baş naziri yeni qərar imzaladı
- 14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı
- ADY: Bu il dəmir yolu keçidlərində 15 qəza baş verib
- Arazda batan yetiyetmənin axtarışı davam edir - Video
- “BakıKart”ın qiyməti 1 manat artır
- Bakıda 10 avtomobil toqquşdu - Video
- Belə hallar yeniyetmələri təhsildən yayındırır…
- "Bakıkart" bahalaşdı