“Xüsusi icra məmurunun standart haqqının və əlavə icra haqqının hesablanması meyarları və hədlərinin, habelə standart haqq üzrə avansın məbləği” müəyyənləşib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, standart haqq sabit hissədən və icra hərəkətləri ilə bağlı faktiki xərclərdən ibarət olacaq. Pul tələblərində sabit hissə tələb məbləğinə uyğun mərhələli şəkildə hesablanır, əmlak və pul tələbi olmayan işlərdə isə konkret məbləğlər müəyyən edilib.
Qərar, həmçinin standart haqq üzrə avans qaydalarını müəyyən edir. Pul tələblərində sabit hissənin 20 faizi (5 min manatdan çox olmamaqla), vaxtaşırı ödənişlərdə 15 faizi, digər icra sənədlərində isə sabit hissənin 50 faizi avans kimi tələbkar tərəfindən əvvəlcədən ödəniləcək.
Sənəddə əlavə icra haqqının hesablanması meyarları da təsdiq olunub. Əlavə icra haqqı yalnız tələbkarla xüsusi icra məmuru arasında yazılı razılıq əsasında və icranın tam və ya qismən təmin olunduğu hallarda tətbiq ediləcək. Pul tələblərində bu məbləğ ödətdirilmiş vəsaitin 15 faizinədək, digər işlərdə isə tələbin növünə görə 400–4000 manat aralığında müəyyən olunur.
- Naxçıvanın baş naziri yeni qərar imzaladı
- 14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı
- ADY: Bu il dəmir yolu keçidlərində 15 qəza baş verib
- Arazda batan yetiyetmənin axtarışı davam edir - Video
- “BakıKart”ın qiyməti 1 manat artır
- Bakıda 10 avtomobil toqquşdu - Video
- Belə hallar yeniyetmələri təhsildən yayındırır…
- "Bakıkart" bahalaşdı