Ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı kimi çalışmış Rafiq Bağırov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə xatirəsini bölüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə o, "Yeni sabah"a müsahibəsində danışıb.
“1996, ya da 97-ci il idi. Prezident Aparatında struktur islahatları aparılanda vəzifəmi dəyişdirdilər. Dəyişiklikdən sonra maaşımda azalma oldu. Ulu Öndər mənə demişdi ki, nə problemin olsa, yaxınlaşıb mənə deyərsən. Mən də bundan sonra yaxınlaşıb dedim ki, cənab prezident, vəzifəmi dəyişdirib maaşımı aşağı salıblar. Soruşdu ki, kim edib? Dedim, Ramiz Mehdiyev əmr verib.
Telefonu götürüb Ramiz Mehdiyevə dedi ki, “sənin Rafiqlə nə işin var? Nə üçün maaşını aşağı salmısan? O mənimlə işləyir, onunla işin olmasın”, deyib telefonu yerinə qoydu. Çıxanda köməkçisi Tariyel Ağayev dedi ki, Ramiz Mehdiyev səni çağırır. Gəldim Ramiz Mehdiyevin otağına. Məni çox hirsli qəbul elədi. Dedi, sən niyə gedib məndən prezidentə şikayət eləmisən? Şikayətin varsa, özümə deyərdin. Dedim, siz artıq əmri vermisiniz, sizin yanınıza gəlib nə deyim? Əmrimi dəyişdirdi, amma bir-iki dəfə mənə əngəl yaratmağa çalışdı. Ramiz Mehdiyevin ən pis xüsusiyyətlərindən biri kiminləsə münaqişəsi oldusa, ömrünün axırına kimi bunu unutmaması, kinli olmasıydı. Nə etsən də, kini qalırdı. Bu hadisəyə görə sonuna qədər mənə qarşı kin tutdu”, – deyə R.Bağırov deyib.
- Azərbaycanla İraq arasında viza rejimi sadələşdirilir?
- Azərbaycan BMT-nin iki komissiyasına üzv seçildi
- Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino
- Moskva ilə siyasi məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...
- Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?
- Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye
- İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...
- Polis gücləndirilmiş iş rejiminə keçdi - Video