Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Mövsüm oğlu Cəbrayılov Müdafiə Nazirliyini məhkəməyə verib.
BUTA.TV Unikal.az-a verilən məlumata görə, F.Cəbrayılovun şikayəti 27 mart tarixində Bakı İnzibati Məhkəməsində hakim Aygün Əhədovanın sədrliyi ilə araşdırılacaq.
Milli Qəhrəman hərbi inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisələrdən şikayət edib.
Xatırladaq ki, Fəxrəddin Cəbrayılov Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
- Elçibəyin İsrail-Azərbaycan münasibətləri barədə tarixi çıxışı
- ABŞ-ın İrana zərbəsi: Bakı monitorinqi gücləndirdi
- “İran hilalı” məhv edildi: İndi "baş"a son zərbələr endirilir
- Tələyə düşən İranın qisası: Tehran Türkiyəyə də zərbə endirəcək?
- ABŞ bombardmana hazırlaşır: B-2-lər göndərildi
- Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında
- Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi
- Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!