Martın 13-nə keçən gecə saat 03 radələrində işğaldan azad olunan ərazidə - Xankəndi şəhərində baş vermiş bədbəxt hadisə nəticəsində həlak olan polis əməkdaşları dəfn edilib.
“BUTA TV” xəbər verir ki, xidməti silahdan ehtiyatsız davranma nəticəsində açılan 1 atəşdən dünyasını dəyişən, işğaldan azad edilmiş əraziyə ezam olunmuş Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru 1982-ci il təvəllüdlü Ramiz İsmayılov Sumqayıt şəhərində dəfn edilib. Vəfat edən polis serjantı Abid Mustafazadə isə Yardımlı rayonunun Əsədabad kəndində torpağa tapşırılıb. Dəfn mərasimlərində rayon ictimaiyyətinin nümayəndələri, rəhbər şəxslər iştirak ediblər.
Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılır.
Abid Mustafazadənin dəfnindən fotoları təqdim edirik:






- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi