Tovuzda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb.
BUTA.TV xəbər verir ki, hadisə Vahidli kəndində qeydə alınıb. Orta məktəbin 10-cu sinfində təhsil alan 16 yaşlı Ə.G. kursdan qayıdarkən 26 yaşlı M.Mustafayev tərəfindən qaçırılıb. Ailə hadisə ilə bağlı polisə müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, müraciətlə əlaqədar Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb:
“Tədbirlər nəticəsində qızın yeri müəyyən edilib. O, polisə verdiyi ifadəsində öz istəyi ilə qoşulub qaçdığını deyib. Bundan əlavə, həm rayon polis şöbəsinin rəisinin iştirakı ilə, həm də rayon prokurorluğunda valideynləri ilə görüşdürülüb. Hər iki görüşdə öz istəyi ilə qaçdığını bildirib”.
- “İran hilalı” məhv edildi: İndi "baş"a son zərbələr endirilir
- Tələyə düşən İranın qisası: Tehran Türkiyəyə də zərbə endirəcək?
- ABŞ bombardmana hazırlaşır: B-2-lər göndərildi
- Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında
- Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi
- Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!
- Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video
- Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi