Samux rayonunda keçirilən "Son zəng" tədbirində kriminal həyat tərzini təbliğ edən ara mahnısı səsləndirilib, mahnı şagirdlər tərəfindən ifa olunub.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, görüntülərdə Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru Gülsəba Abbasovanın şagirdlərlə birlikdə sözügedən mahnını müşayiət etdiyi iddia olunur. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliydən bildirilib ki, məktəb rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək:
"Dünən ümumtəhsil müəssisələrində "Son zəng" tədbirləri keçirilib. Məktəblərə bu tədbirlərin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərilib. Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunur. Agentlik tərəfindən bu hallarla bağlı müvafiq araşdırmalar aparılacaq. Məktəb rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək".
Həmin görüntüləri təqdim edirik:
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı