Azərbaycanlı bloger Hüseyn Həsənov vergi ilə bağlı proseslərə cəlb oluna bilər.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Moskva Vergi Müfəttişliyi müvafiq iddia qaldırıb. Blogerin Federal Vergi Xidmətinə 144 milyon rubl məbləğində borcu yığılıb. Hazırda onun özü başqa dövlətin ərazisindədir.
Vergi orqanları Həsənovun dörd bankdakı hesablarını bloklayıb.
"Bizim məlumatlara görə, hesabların bloklanmasına səbəb ödəniş edilməməsi və vergi pozuntusudur", - məlumatda bildirilib.
Bundan əvvəl Ə.Həsənovun payının olduğu şirkət başqa qurumdan iddia alıb. Yapon mətbəxini hazırlayan “Banda Foods” MMC yeməklərin çatdırılması üçün “Delivery 24” MMC-nin xidmətlərindən istifadə etsə də, bir neçə ay sonra birinci şirkət bağlanıb. İndi "Delivery 24" MMC keçmiş tərəfdaşından 645 min rubl tələb edir.
Blogerin təşkilatı çoxsaylı borca görə hesablarını bloklayıb.
Qeyd edək ki, bir müddət əvvəl Hüseyn Həsənov qıza hədiyyə etdiyi qızılgül dolu avtomobilə görə qalmaqala düşüb.
- “İran hilalı” məhv edildi: İndi "baş"a son zərbələr endirilir
- Tələyə düşən İranın qisası: Tehran Türkiyəyə də zərbə endirəcək?
- ABŞ bombardmana hazırlaşır: B-2-lər göndərildi
- Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında
- Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi
- Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!
- Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video
- Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi