Bu gün səhər saatlarında Bakı şəhərinə yağan güclü yağış yolları keçilməz vəziyyətə salıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzi küçə və prospektləri nəinki piyadalar, hətta avtomobillər üçün də keçilməz olub.
Bəzi ərazilərdə kanalizasiya sularının da küçələrə axması ətrafa üfunət iyinin yayılmasına səbəb olub. Tiflis prospektində, Zivərbəy Əhmədbəyov, Cəfər Cabbarlı, Füzuli küçələrində daşan kanalizasiya suları hərəkəti iflic edib.
Füzuli küçəsindəki dairədə böyük bir göl yaranıb və avtomobillərin hərəkəti mümkünsüz olub.
Cəfər Cabbarlı küçəsində isə kanalizasiya xəttində problem yarandığı görünür. Ətrafdakı üfunət iyi bunu deməyə əsas verir.
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN