Bakıda kişi iki dəfə nişanlanmasına mane olan qadını döydüyü üçün saxlanılıb.
BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, 1992-ci ildə Ağdam rayon sakini Rauf Kərimov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Rauf əvvəllər münasibətdə olduğu S.M. adlı qadını Nərimanov rayonu, Ağa Nemətulla küçəsində döyərək xəsarət yetirib. O, qadını döyməsinə səbəb kimi onun evlənməsinə mane olması ilə göstərib:
"İki dəfə nişanlanmağıma mane oldu. Hətta iyul ayının 5-də nişanım olmalı idi, lakin həmin xanıma görə baş tutmadı. Dəfələrlə ondan polisə şikayət etmişəm. Onunla danışdığıma görə peşmanam".
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 300 manat cərimə edilib.
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi