Şəki rayonunda 57 yaşlı kişi yataqda yanıb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Baş Kəldək kəndində qeydə alınıb.
Kənd sakini 1967-ci il təvəllüdlü Mais Qinyət oğlu Nəbiyev yataqda siqaret çəkib və o, yuxuya gedib. Yanan siqaret yuxuya gedən M.Nəbiyevin əlindən döşəyə düşərək yanğına səbəb olub. Qonşuların köməkliyi ilə yanğın söndürülüb.
M.Nəbiev ağır dərəcəli yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğu üçün dərhal xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı
- Gürcüstanın Zəngəzur dəhlizinə qarşı olmasının səbəbi...