Bərdə rayon Hacallı kənd sakini olan Nərminə Kazımova barmağından əməliyyat olunmaq üçün Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Yaxınlarının iddiasına görə, həkimlər qıza həddindən artıq narkoz verdikdən sonra o dünyasını dəyişib.
Qızın anası İlhamə Əliyevanın sözlərinə görə, sınıqçı uşağının barmağında vətərini partlatmışdı: "Həkim onu müalicə etdikdən sonra əməliyyat etməyə qərar verib. Narkozu artıq verdiyindən balam o dəqiqə keçinib. Uşağımın bədənini yarıq-yarıq hala salıblar, bütün orqanlarını götürüblər". Qızın nənəsi Tellər Əliyeva bildirir ki, həkim uşağın çəkisini çəkmədən ona həddindən artıq narkoz vurub, qızın da ürəyi yatıb.
Yevlax Rayon Mərkəzi Xəstəxanasından baş verən ölüm hadisəsi ilə bağlı bildirildi ki, N.Kazımova xəstəxanaya bilək və əlin digər hissələrinin əzilməsi oynaqların təsnif olunmayan digər zədələnmələrin diaqnozu ilə daxil olub:
"O, əlin digər barmağının onun vətərinin, bilək və əl səviyyəsində travmasının bərpası əməliyyatı üçün hazırlanıb. Geniş narkoz zamanı verilən dərmana ani olaraq aneflaktikşok etmiş, aparılan reanimasiyon tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb".
Faktla bağlı rayon prokurluğunda araşdırmalar davam etdirilir.
Ətraflı süjetdə:
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür