Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.
BUTA.TV Bakı.vs-yə istinadən xəbər verir ki, söhbət "Təzəpir" məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir.
Artıq adı çəkilən küçələrdə yaşayış fondunun inventarizasiyası aparılır. Bu proses başa çatdıqdan sonra söküləcək fərdi yaşayış evlərinin dəqiq sayı müəyyənləşəcək. Yasamal rayonunda yerləşən 199 nömrəli orta məktəbin yanından başlayaraq Baş Prokurorluğun binasının arxa hissəni kimi ərazidə yerləşən fərdi evlərin siyahıyaalınma prosesinə start verilib.
İnventarizasiya prosesi başa çatdıqdan sonra evlərin hissə-hissə söküntü mərhələsinə gələn ildən etibarən başlanılacaq. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq.
Yaşayış evləri söküləcək vətəndaşlara minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Evlərin qiymətinin sabit olmadığını nəzərə alsaq bu məbləğ daha yüksək ola bilər. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək.
- İmtahanda maksimum nəticə göstərən şagirdlərin adları
- “Nasaz maşını niyə sürürsən axı?!” - Qızı qəzada ölən vəkil danışdı+Video
- 12 nəfər imtahandan xaric olundu - DİM
- Qızını qəzada itirən tanınmış vəkil valideynlərə çağırış etdi
- Bu qruplar üzrə qəbul imtahanının nəticəsi elan edildi
- “Qaçıb mağarada gizlənirlər, digər təqsirkarlar da həbs edilməlidir”
- Bakıda yeni bazar fəaliyyətə başladı
- İşlədiyi mağazadan 10 min oğurlayan şəxs saxlanıldı