Hizbullaha peycerlərin alınmasında İranın da əli olub. İsrail kəşfiyyatı isə Hizbullaha nüfuz edib.
BUTA.TV xəbər verir ki, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşeyiş Ərdastani deyib.
O, İbrahim Rəisinin də peycerdən istifadə etdiyini xatırladıb:
“Helikopterin onun peycerinin partlaması nəticəsində qəzaya uğraması mümkündür”.
Ərdastani İranın təhlükəsizlik nazirinin İsmayıl Haniyənin öldürülməsində İsrailin İran daxilindəki adamlarının rolunu inkar etməsinə də toxunub:
“İsmayıl Haniyənin Tehranda yerləşdiyi iqamətgah, onun iqamətgahın hansı mərtəbəsində və hansı saatda olması barədə dəqiq məlumat ancaq İsrailin daxildəki adamları vasitəsilə dəqiqləşdirilə bilərdi”.
Parlament üzvü Hizbullah komandirlərinin öldürülməsinin də İsrailin bu təşkilat içinə sızması nəticəsində baş verdiyini iddia edib:
“İsrail həm texnologiya, həm də uzunmüddətli strategiya baxımından üstün vəziyyətdədir”.
- İmtahanda maksimum nəticə göstərən şagirdlərin adları
- “Nasaz maşını niyə sürürsən axı?!” - Qızı qəzada ölən vəkil danışdı+Video
- 12 nəfər imtahandan xaric olundu - DİM
- Qızını qəzada itirən tanınmış vəkil valideynlərə çağırış etdi
- Bu qruplar üzrə qəbul imtahanının nəticəsi elan edildi
- “Qaçıb mağarada gizlənirlər, digər təqsirkarlar da həbs edilməlidir”
- Bakıda yeni bazar fəaliyyətə başladı
- İşlədiyi mağazadan 10 min oğurlayan şəxs saxlanıldı