Avropa Birliyinin Ermənistandakı Müşahidə Missiyası Azərbaycanla sərhəddə müşahidələrini davam etdirir.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, avropalı müşahidəçilər bu dəfə bir neçə maşında Laçın və Zəngilan rayonları ilə həmsərhəd ərazilərə gələrək, vizual müşahidələr aparıblar. Onlar binoklla ətrafı, o cümlədən Azərbaycan ərazilərini izləyiblər.
Müşahidəçilərin hərəkətləri Azərbaycan sərhədçilərinin tam nəzarəti altında olub.
Azərbaycan sərhədçiləri Laçın rayonunun Fətəlipəyə və Zəngilan rayonunun Seyidli kəndi ərazisindən Avropa ittifaqının Müşahidə Missiyasının üzvlərinin həm avtomobillərlə, həm də piyada hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb.
Qeyd edək ki, Avropa Birliyinin Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadıb.
- Əli Xameneinin bunkeri vuruldu
- İsrail Tehrana 60 qırıcı ilə hücum etdi
- Diplomatlar Laçında səfərdədir
- Bu ölkə İrandakı səfirliyinin fəaliyyətini dayandırdı
- Xameneiyə sui-qəsd İsrailə baha başa gələr - 3 səbəb
- İlham Əliyevin Türkiyəyə səfərindən görüntülər - Video
- Tehran dəyərləndirdi: Netanyahu uğur qazandı, amma…
- İsrail rejimi dəyişmək istəyir: Bəs, İrandan nə “düzəldəcəklər”?