Müasir dünyada döyüş hazırlığında olan bir çox “barıt çəlləkləri” var. Demək olar ki, hamısının dərin tarixi kökləri mövcuddur. Məsələn, Böyük Britaniyanın tez-tez günahlandırıldığı Hindistan-Pakistan münaqişəsi kimi. Hindistanın dekolonizasiyası zamanı London potensial münaqişəni qəsdən yaratmışdı.
Bu sözləri BUTA.TV-a açıqlamasında rusiyalı ekspert Vitali Arkov deyib.
“Mübahisəli ərazilər üzərində və ya dini zəmində münaqişələr “köhnə Avropa” ölkələrinin Asiya və Afrikadakı bir çox keçmiş müstəmləkələri üçün xarakterikdir – Böyük Britaniya bu məsələdə fərqlənən yeganə ölkə deyil. Bununla belə, keçmiş Britaniya imperiyasının və onun tərkibində olan indi suveren dövlətlərin miqyasını nəzərə alsaq, münaqişələr geniş rezonans doğurur. Bəzi ekspertlər adətən Yeni Dehlinin zəiflədiyini görmək istəyənlər arasında Hindistan-Pakistan münaqişəsinin növbəti eskalasiyasından faydalananları axtarır. Və ilk adı çəkilən Pekindir ki, onun da İslamabada güclü təsiri var. Sonra ənənəyə uyğun olaraq, Londonun mümkün real iqtisadi və nəticədə siyasi maraqlarının müzakirəsinə keçirlər”, - o bildirib.
Arkovun fikrincə, Vaşinqtonun da adını çəkmək olardı, lakin bu dəfə onun birbaşa iştirakından danışmağa ehtiyac yoxdur:
“Tramp və komandasının siyasəti rəqibləri zəiflətmək və ya ABŞ iqtisadiyyatının, təsirinin artması üçün əlverişli şərait yaratmaq məqsədilə “klassik” müharibələrin başlanması demək deyil. Əksinə, Tramp sülhməramlı və qlobal birgə yaşayışın prinsipcə yeni qaydalarının yaradıcısı kimi tanınmağa nail olmaq istəyir. Bununla belə, Ağ Evdəki respublikaçıların arxasından onların Yaxın Şərqdəki əsas tərəfdaşları – İsrail “boylanır”. Onun Pakistanla münasibətlərini dost adlandırmaq onsuz da çətin idi (Pakistan hələ də İsrailin dövlət suverenliyini tanımır) və Qəzzada hərbi əməliyyat başlayandan sonra daha da gərginləşdi. Belə ki, ötən ilin payızında Haaqa Beynəlxalq Məhkəməsində dinləmələr zamanı Pakistanın ədliyyə naziri Əhməd İrfan Aslam İsraili Fələstin torpaqlarını işğal etməkdə və yerli əhaliyə qarşı soyqırım törətməkdə ittiham edib. Təl-Əviv əvvəllər Tehranla birlikdə İslamabadı HƏMAS-ı dəstəkləməkdə ittiham edib. Bununla belə, Pakistan İran deyil və Livan da deyil - onun İsrail ordusunun mümkün raket zərbəsinə cavabı o qədər güclü olacaq ki, İsrail dövlətinin mövcudluğu sual altında qalacaq. Buna görə də İsrailin Pakistanla birbaşa müharibəyə girməsi intihara bərabər olardı. Bu işdə Hindistanı dəstəkləmək tamam başqa şeydir. Belə ki, bu həftə İsrailin Yeni Dehlidəki səfiri Reuven Ezer Təl-Əviv adından Hindistanın Pakistandakı hərbi əməliyyatına güclü dəstək ifadə edib. Siyasətçilərin həm ritorikası, həm də hərəkət ardıcıllığı tanışdır. İsrailin Qəzzada hərbi əməliyyatı başlatmasına bənzəyir. Elə deyilmi?”
- Rus və alman siyasətçiləri Bakıda gizli görüş keçirdi
- Putin azərbaycanlı polkovniklə salamlaşdı - Video
- Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
- Tarix necə dəyişdi? – 9 Mayla bağlı maraqlı sənəd - Foto
- "Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu
- Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan
- Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video
- Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur