Azərbaycan rəqəmsallaşma və texnoloji innovasiyaların iqtisadiyyata tətbiqi sahəsində məqsədyönlü tədbirlər həyata keçirir və özəl sektorun müasir tələblərə uyğunlaşdırılmasını ən vacib məsələ hesab edir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Minskdə "Yeni texnologiyalar ittifaqı: Gələcəyin sənayesinin yaradılması" adlı iclasda deyib.
"4-cü Sənaye İnqilabı dövründə texnoloji irəliləyişlər iqtisadiyyatın və cəmiyyətin bütün sahələrinə əsaslı şəkildə təsir göstərir. Belə şəraitdə dayanıqlı inkişaf texnoloji tendensiyaları strateji cəhətdən idarə etmək bacarığından çox asılıdır. Azərbaycan rəqəmsallaşma və texnoloji innovasiyaların tətbiqi sahəsində məqsədyönlü tədbirlər həyata keçirir. Təsadüfi deyil ki, ölkənin beş milli prioritetindən biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artımın təmin edilməsidir", - Ə.Əsədov bildirib.
Hökumət başçısı vurğulayıb ki, bu kontekstdə rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi və yeni texnologiyaların tətbiqi əsas strateji hədəflər sırasındadır.
"Dövlətin rəqəmsal iqtisadiyyata prioritet verdiyini nəzərə alaraq, özəl sektorun yeni tələblərə uyğunlaşması xüsusilə vacibdir. Azərbaycanın "Rəqəmsal İnkişaf Konsepsiyası" və "Süni İntellekt Strategiyası" biznesin rəqəmsal infrastrukturunun gücləndirilməsinə və texnoloji uyğunlaşmanın sürətləndirilməsinə xidmət edir. Eyni zamanda, 2025-2028-ci illəri illəri əhatə edən "Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası" hazırlanıb. O, qlobal texnoloji tendensiyaları və Azərbaycanın inkişaf dinamikasını nəzərə alaraq biznes, hökumət və cəmiyyət arasında sinerji yaratmağa yönəlib", - baş nazir qeyd edib.
- İlham Əliyev Keniya prezidentini təbrik etdi
- Azərbaycanla İraq arasında viza rejimi sadələşdirilir?
- Azərbaycan BMT-nin iki komissiyasına üzv seçildi
- Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino
- Moskva ilə siyasi məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...
- Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?
- Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye
- İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...