Bu gün və sabah axşam saatlarında Venera və Yupiter planetləri bir-birinə maksimum dərəcədə yaxınlaşacaq.
“BUTA.TV” NASA-ya istinadla xəbər verir ki, bu nadir hadisə kosmosda “planetlərin qovuşması” adlanır.
Belə ki, real məkanda bu iki nəhəng planet arasında yüz milyonlarla kilometr məsafə olsa da, kosmik trayektoriya və Yer kürəsinin baxış bucağı səbəbindən onlar sanki yan-yana dayanmış tək bir parlaq ulduz kimi görünəcəklər.
Qeyd edək ki, nadir mənzərəni ölkəmizdə gün batdıqdan dərhal sonra qərb üfüqü istiqamətində canlı şəkildə müşahidə etmək mümkün olacaq. Sinoptiklər aydın hava şəraitində bu iki planetin səmanın ən parlaq obyektləri kimi xüsusi olaraq seçiləcəyini və heç bir teleskop və ya durbin olmadan, adi gözlə də rahatlıqla görünəcəyini bildirirlər.
- Eldar Əzizovun oğlu yüksək vəzifəyə təyin olundu
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama