Son zəng günü şagirdlərə maşın icarəyə verənlər... - Video

22:12 - 7 İyun 2026 - GÜNDƏM

 Son zəng günü şagirdlərə maşın icarəyə verənlər... - Video

Bəzi rentekar şirkətləri eləcə də fərdi avtomobili olanlar son zəngin yaxınlaşmasından istifadə edərək məktəbi bitirən şagirdlərə əylənmək məqsədilə maşın icarəyə götürülməsini təklif edirlər.

BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, qiymətlər isə maşının markasına və saxlanılma müddətinə görə dəyişir. Maraqlananlar da az deyil.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisindən bildirilib ki, bu kimi hallar, sürücülük hüququ olmadan sükan arxasına əyləşənlər ağır qəzalara səbəb ola bilər.

İdarə valideynlərə və maşın icarəyə verən şəxslərə xəbərdarlıq edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol